AZ

Papa XIV Leo Rusiyanın Ukraynaya qarşı "imperialist" müharibəsini pislədi

BAKI. 11 may. TELEQRAF

Yeni seçilmiş Roma Papası XIV Leo Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni pisləyir.

Teleqraf xəbər verir ki, bu barədə o, Perunun “Semanario Expresión” nəşrinə müsahibəsində deyib.

Pontifik bu müharibəni “Rusiyanın gücünü artırmaq məqsədilə ərazi ələ keçirməyə çalışdığı, mahiyyətcə imperialist xarakterli əsl istila” kimi xarakterizə edib.

Xatırladaq ki, XIV Leonun sələfi Papa Fransisk müharibə ərzində heç vaxt Rusiyanı təcavüzkar adlandırmamışdı.

Seçilən
0
teleqraf.com

1Mənbələr