BAKI. 10 may. TELEQRAF
İran Qəzza sektorunun bərpası üçün birgə platforma yaratmağı təklif edib.
Teleqraf xəbər verir ki, İranın Ali Liderinin müşaviri, Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi Qətərin paytaxtı Dohada keçirilən 4-cü "İran və Ərəb Dünyası Konfransı"nda bu təşəbbüslə çıxış edib.
"Biz məcburi köçkünlərin dəstəklənməsi və Qəzza sektorunun bərpası üçün ümumi platforma yaratmalıyıq", - o bildirib.
Xərrazinin sözlərinə görə, İran anlaşılmazlıqları azaltmaq üçün region ölkələri ilə dialoqa hazırdır. Bunun üçün Tehran, o cümlədən, tədqiqat mərkəzinin yaradılmasını təklif edir.