TOVUZ, 11 may. TELEQRAF
Evində 30-u ölü olmaqla 100-ə yaxın pişik saxlayan Nyu York sakini heyvanlara qarşı amansızlıqda ittiham olunur.
Teleqraf xəbər verir ki, 75 yaşlı Steven Glantz çərşənbə günü yerli polis bölməsi tərəfindən saxlanılıb.
O, 18 maddə üzrə ittiham olunub və mayın 23-də məhkəmə qarşısına çıxarılacaq.
Onun Manhettendən 50 mil şərqdə yerləşən evi kəskin nəcis və sidik qoxusuna görə yararsız hesab edilib.
Şənbə günü səlahiyyətlilər qeyd olunan evdə bərbad şəraitdə saxlanılan pişiklər aşkar ediblər. Pişiklərdən 69-u diri, 28-i isə ölü olub.