BAKI. 10 may. TELEQRAF
Əgər ABŞ-nin məqsədi İranı nüvə hüquqlarından məhrum etməkdirsə, Tehran geri çəkilməyəcək.
Teleqraf “Əl-Ərəbiyə”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi Qətərin paytaxtı Dohada keçirilən "İran və Ərəb Dünyası Konfransı"nda çıxışı zamanı deyib.
Xatırladaq ki, sabah, mayın 11-də, Omanda İran və ABŞ arasında nüvə danışıqlarının növbəti raundu keçiriləcək.