AZ

Britaniya Rusiya sualtı qayığını ələ keçirib?

Sualtı qayıqlar La-Manş boğazını suyun üzərində və beynəlxalq dəniz hüququna uyğun şəkildə keçirlər.

Axar.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Hərbi Dəniz Donanmasına yaxın mənbə məlumat verib.

“Sualtı qayıqlar La-Manş boğazını suyun üzərində və beynəlxalq dəniz hüququna uyğun şəkildə keçir. Bu səbəbdən də “ələ keçirdi” ifadəsi qeyri-dəqiq və gülünc səslənir,” – deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, daha öncə yayılan məlumatda Böyük Britaniya donanmasının La-Manş boğazında Rusiyaya məxsus “Krasnodar” dizel-elektrik sualtı qayığını ələ keçirdiyi barədə məlumat yayılmışdı.

Seçilən
0
4
axar.az

5Mənbələr