AZ

"İnsanları çox incitmişəm" - Castindən etiraf

"Grammy" mükafatlı sənətçi Castin Bieber "Instagram" hesabında etdiyi paylaşımda bəzən eqoist davrandığını və insanları incitdiyini etiraf edib. 

"Unikal" xəbər verir ki, kanadalı müğənninin bu açıqlamaları diqqət çəkib:

"Mən sadəcə qüsurları olan adi bir insanam. İnsanları incidirəm, istəməsəm də, bu belədir. Amma bu səhər oyandığımda bir az da eqoist olmaq üçün yeni bir fürsət tapdım. Sevgi bizi özünə çəkir. Sevgi mühakimə etmir. Keçmişin hesabını aparmır. Sevgi düşmənlərinizi belə bağışlamağa kömək edir.

Bəzən mənə elə gəlir ki, nə qədər eqoist olduğumu etiraf etsəm, insanlar məni sevməyəcəklər. Düşünürəm ki, dürüst olsaydım, arzuladığım şeylərə çatmaq şansımı itirərdim. Bəzi günlər ümidli, bəzi günlər pessimist hiss edirəm. Hisslərimə hakim ola bilmirəm".

Seçilən
0
unikal.az

1Mənbələr