Britaniya maqnatı Mayk Linçin Siciliyanın şimal sahilləri yaxınlığında batmış nəhəng yaxtasının sudan çıxarılması üzrə aparılan ilkin əməliyyat zamanı bədbəxt hadisə yaşanıb.
Aznews.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Bildirilib ki, dənizin dibinə eniş zamanı 39 yaşlı Niderland vətəndaşı olan dalğıc həyatını itirib. İnsidentin təfərrüatı açıqlanmır. O, batmış gəmilərin çıxarılması üzrə ixtisaslaşmış şirkətdə müqavilə əsasında çalışıb.