AZ

Mareska Pelleqrini haqda: “Manuel mənim futbol atamdır”

Məlum olduğu kimi, “Betis” və “Çelsi” cari 2024/2025-ci illər mövsümünün Konfrans Liqasının finalına vəsiqə əldə ediblər.

Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, “zadəganlar”ın baş məşqçisi, italyan mütəxəssis Entso Mareska “heliopolitlər”in baş məşqçisi, çilili mütəxəssis Manuel Pelleqrini haqda söhbət açıb:

“Mən “Betis”lə görüşməyə şadam, xüsusilə də Manuel Pelleqriniyə görə. O, bu peşəmdə mənə ata kimidir. Biz hər ikimiz çox şad olacağıq. Biz dörd il birlikdə işləmişik, iki il mən onun oyunçusu olmuşam, iki il isə köməkçisi çalışmışam. Odur ki, mən onun futbolçulara münasibətindən gözəlcə xəbardaram.

Amma ən əsası, o, dürüst və yaxşı insandır, oyunçularla həmişə dürüst olmağa çalışır. Şəxsən mən ondan çox xüsusları əxz etməyə çalışıram”, deyə Mareska vurğulayıb.

Xatırladaq ki, Konfrans Liqasının “Betis” – “Çelsi” final oyunu Polşanın Vrotslav şəhərinin eyni adlı şəhər stadionunda, mayın 28-də keçiriləcək.

Seçilən
0
arena.az

1Mənbələr