AZ

Sumqayıt sakini öz evini yandırıbVİDEO

Sumqayıt sakini ailədaxili münaqişə zəminində öz evini qəsdən yandırıb.

Xezerxeber.az-ın məlumatına görə, 70 yaşlı Zakir Qasımov yaşadığı Qurd dərəsi yaşayış massivində - ev 4-də qəsdən yanğın törədib. Hadisə nəticəsində yaşayış evində güclü yanğın meydana gəlib və əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə qüvvələri və polis əməkdaşları cəlb olunub.

Alovun qısa müddətdə söndürülməsinə baxmayaraq, evdə ciddi yanıq izləri və maddi zərər qeydə alınıb.

İlkin araşdırma zamanı Zakir Qasımov hadisəni qəsdən törətdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
0
xezerxeber.az

1Mənbələr