“Barselona” klubu sosial şəbəkə platforması X-də (əvvəlki Twitter) 11 mayda Madrid “Real”ı ilə keçiriləcək La Liqanın 35-ci tur oyunu ərəfəsində Aleks Balde və Mark Kasadonun sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama yayıb.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin yaydığı məlumata görə, əsas komandanın oyunçuları Balde və Kasado qarşıdakı matçda iştirak etmək üçün həkim nəzarətindən keçərək oynamağa icazə alıblar:
“Əsas komanda oyunçuları Balde və Kasado qarşıdakı oyunda iştirak üçün tibbi icazə alıblar”, – deyə klubun açıqlamasında qeyd olunub.
Xatırladaq ki, Mark Kasado mart ayının ortalarında zədələnmişdi. Aleks Balde isə aprel ayında dizaltı vətərində problem yaşamışdı.
“Barselona” – “Real” oyunu Barselonadakı “Olimpik Lluís Companys” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.