Bakı. Trend:
Bakıda Dünya Neft və Qaz Kuboku-2025 beynəlxalq minifutbolturnirinə start verilib.
Trend xəbər verirki, ilk dəfə keçirilən bu mötəbər yarış Falcon Luxury Travel(Azərbaycan) və Success Sport (Oman) şirkətlərinin birgətəşkilatçılığı ilə baş tutub. Turnirə mayın 12-də yekunvurulacaq.
Yarışda Asiya, Afrika və Avropanı təmsil edən aparıcı neft vəqaz şirkətləri mübarizə aparır. Açılış mərasimində bir sıra rəsmişəxslər və şirkət rəhbərləri iştirak edib. Rəsmi açılışı TəşkilatKomitəsinin üzvü və Hakimlər Komitəsinin rəhbəri Camal Əl-Qandurhəyata keçirib və rəmzi lentkəsmə mərasimi baş tutub.
Turnir iki kateqoriyada keçirilir: Elit və Master. Masterkateqoriyası 40 yaşdan yuxarı oyunçular üçün nəzərdə tutulub. Həroyun 15 dəqiqəlik iki hissədən ibarətdir.
Elit kateqoriyasında bu komandalar yarışır:
SOCAR
SOCAR-KBR
Azəriqaz
Azfar Group (Azərbaycan)
Petroleum Development Oman
OQ Group (Oman)
Vien Group (Almaniya)
Master kateqoriyasında isə bu komandalar yer alıb:
ENPPI (Misir)
Vien Group (Almaniya)
Azfar Group (Azərbaycan)
Petroleum Development Oman
Abraj Energy (Oman)
Təşkilat Komitəsinin sədri Əli Əl-Maani turnirin uğurlabaşlamasından məmnunluq ifadə edib. O bildirib ki, bu tədbirgələcəkdə daha geniş iştirak və inkişaf üçün qlobal neft və qazşirkətləri arasında mühüm şəbəkələşmə platformasına çevriləcək.Əl-Maani, xüsusilə Körfəz ölkələri və digər regionlardan gələcəkburaxılışlarda iştirakın artırılması üçün səylərin davametdiriləcəyini də qeyd edib.
Qeyd edək ki, turnirin oyunları “ASK Arena” stadionundakeçirilir.