ABŞ Ukrayna Təhlükəsizlik Forumuna nümayəndə göndərməyib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post”un köşə yazarı Devid İqnatios məlumat yayıb.
Mayın 8-9-da keçirilən Kiyev Təhlükəsizlik Forumu çərçivəsində ABŞ-ın nə hərbi, nə də siyasi nümayəndələrinin tədbirdə iştirak etmədiyi bildirilir. Müəllif qeyd edir ki, forumda NATO-nun digər üzv ölkələrindən – Almaniya, Kanada, Niderland və Latviya silahlı qüvvələrinin yüksək rütbəli generalları və admiralı iştirak etsələr də, ABŞ-dan heç bir nümayəndə heyətinin qatılmaması diqqət çəkib.
Bu addım ABŞ-ın rəsmi mövqeyində dəyişiklik siqnalı verirmi, yoxsa bu, taktiki addımdır – hələlik dəqiq deyil.
Natiq SƏLİM,
KONKRET.az