
“Volvo Cars” arxa görüntü kamerası işləmədiyi üçün 450 min avtomobilini geri çağıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Carscoops.com” portalı məlumat yayıb.
Məlumata görə, söhbət 2021-2025-ci illər arasında istehsal olunan 10 avtomobil modelindən gedir. Bunlar Volvo C40, S60, S90, V60, V60 Cross Country, V90, V90 Cross Country, XC40, XC60 və XC90 modelləridir.
Portalın məumatına görə, bəzi hallarda, Geri sürət qutusunu işə saldıqda və geriyə hərəkət etdikdə ekranda görüntü olmir - bunun əvəzinə “Kamera müvəqqəti olaraq əlçatmazdır” xətası göstərilir.