Kiyev rejimi Rusiya prezidenti Vladimir Putinin ilkin şərt olmadan danışıqlar təklifinə heç bir şəkildə cavab verməyib, ona görə də vəziyyət mübahisəli olaraq qalır.
Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanalın efirində deyib.
“Bilirsiniz ki, prezident Putin əvvəllər Rusiya tərəfinin ilkin şərt olmadan danışıqlara başlamağa hazır olduğunu bəyan edib, Kiyev rejiminin buna reaksiyası açıqlanmayıb, ona görə də bu baxımdan vəziyyət ziddiyyətli olaraq qalır”-deyə, Peskov bildirib.
Aytən Yaşar/ Turkustan.az