İstanbulun Bəylikdüzü rayonunda iki metrobus toqquşub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, 1 nəfər ölüb, 2-si ağır olmaqla, 20 nəfər yaralanıb.
Xəsarət alan vətəndaşlara yaxınlıqdakı xəstəxanalarda tibbi yardım göstərildiyi bildirilib.