Pentaqon rəhbəri Pit Heqset prezident Donald Trampı Yaxın Şərq turunda müşayiət etmək üçün gələn həftə İsrailə gözlənilən səfərini təxirə salıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Heqsetin İsrailə səfərini ləğv etməyib, növbəti günlərə təxirə salıb. Həmçinin, Tramp gələn həftə Yaxın Şərqə edəcəyi səfərdə Heqsetin də ona qoşulmasını istədiyini bildirib.