AZ

Dövlət Sərhəd Xidmətinin Akademiyasını bu il 168 kursant bitirib (FOTO)

Bakı. Trend:

Mayın 10-da Dövlət Bayrağı Meydanında Dövlət Sərhəd Xidməti(DSX) Akademiyasının növbəti məzun buraxılışı münasibətilətəntənəli mərasim keçirilib.

DSX-dən Trend-əbildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının102-ci ildönümündə keçirilən tədbirdə gənc zabitlər Fəxri xiyabanagələrək dahi öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yadedib, məzarı önünə güllər düzüblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcəÜmummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azadolunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsibir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin Dövlət Sərhəd Xidmətininyaranmasında, formalaşmasında və inkişafında əvəzsiz xidmətləri,onun uzaqgörən siyasəti nəticəsində sərhədlərimizin mühafizəsininmüstəqil dövlətçiliyimizin mühüm dayaqlarından birinə çevrildiyixüsusi vurğulanıb, bu strateji kursun Azərbaycan RespublikasınınPrezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı,tariximizin ən böyük sərkərdəsi İlham Əliyev tərəfindən uğurladavam etdirildiyi Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnikElçin Quliyev tərəfindən böyük qürur hissi ilə qeyd olunub.

Məhz Prezidentin qətiyyətli siyasəti və beynəlxalq arenadanümayiş etdirdiyi prinsipial mövqe sayəsində ölkəmiz regionda sözsahibi olan qüdrətli dövlətə çevrilib, ərazi bütövlüyümüz,suverenliyimiz və sərhədlərimiz tam bərpa olunub. Bu şərəfli yoldaAzərbaycan sərhədçiləri daim yüksək sədaqət, fədakarlıq vəpeşəkarlıq nümayiş etdiriblər.

Mərasim zamanı məzunlara diplomlar təqdim olunub və gənczabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbulediblər.

Gənc zabitlərin DSX Akademiyasında aldıqları təhsilin, onlarınvətənə bağlılığının qarşıya qoyulmuş tapşırıqların uğurla yerinəyetirilməsinə şərait yaradacağı, zabit andına sadiq qalaraqvətənimiz Azərbaycana şərəf və ləyaqətlə xidmət edəcəkləriəminliklə ifadə olunub.

Dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinəsadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsində xüsusirolu olan, eyni zamanda, xarici dövlətlər üçün sərhədçi kadrlarınhazırlanması üzrə beynəlxalq mərkəzə çevrilən DSX Akademiyasındanbu il 168 kursantın məzun olduğu, 5 kursantın isə təhsilini qırmızıdiplomla başa vurduğu qeyd olunub.

Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi gənc zabitləritəbrik edərək onların valideynləri ilə görüşüb, vətənə layiqli,vətənpərvər övladlar yetişdirdikləri üçün onlara minnətdarlığınıbildirib.

Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Seçilən
0
3
az.trend.az

4Mənbələr