İtaliya A Seriyası təmsilçilərindən "Napoli" yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda "Mançester Siti"də çıxış edən Cek Qrilişlə yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte yarımmüdafiəçinin oyun tərzini bəyənir.
Xatırladaq ki, 29 yaşlı futbolçu "Siti"yə 2021-ci ildə "Aston Villa"dan 117,5 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qol, 5 assistlə yadda qalıb.
“Əl Nəsr” Ronaldo ilə yollarını ayıra bilər
"Trabzonspor" – "Qalatasaray" matçı bu kanalda
De Bruyne "Liverpul"a keçəcək?
"Arsenal" heyətini ispaniyalı yarımmüdafiəçi ilə gücləndirəcək
"Fənərbaxça"lı futbolçular arasında gərginlik - VİDEO