AZ

Rusiyadan vətəndaşlarına çağırış: Bu ərazilərə getməyin!

Rusiyanın Hindistandakı səfirliyi Rusiya vətəndaşlarına Yeni Dehli və İslamabad arasında artan münaqişə fonunda ölkənin təhlükəli ərazilərindən uzaq durmağı tövsiyə edib.

Publika.az xəbər verir ki, nazirliyin müvafiq bəyanatı rəsmi "Telegram" kanalında dərc olunub.

Rusiya səfirliyinin qeyd etdiyi kimi, hazırda Hindistan hakimiyyəti bir neçə hava limanını eyni anda bağlayıb. Qucarat, Pəncab, Racastan, Himaçal Pradeş ştatlarında və Cammu və Kəşmir, Ladax və Çandiqarh birlik ərazilərində hava limanları fəaliyyət göstərmir. Üstəlik, belə bir tədbir təhlükəsizliklə bağlıdır. Hava limanları mayın 15-dək bağlı qalacaq.

"Hindistana səyahətinizi planlaşdırarkən bunu nəzərə alın və mümkünsə təhlükəli ərazilərə getməyin", - bəyanatda deyilir.

Bu arada İslamabad və Yeni Dehli arasında vəziyyət gərgin olaraq qalır. Bu yaxınlarda Hindistan Pakistana qarşı növbəti zərbələr endirib. Ərəb dənizindəki obyektlərə hücum edilib. İslamabad da öz növbəsində düşmən təyyarələrini vurmağa davam edir.

Seçilən
0
1
publika.az

2Mənbələr