AZ

Britaniyalı maqnatın yaxtasının sudan çıxarılması zamanı dalğıc ölüb

Bakı. Trend:

Britaniya maqnatı Mayk Linçin Siciliyanın şimal sahilləriyaxınlığında batmış nəhəng yaxtasının sudan çıxarılması üzrəaparılan ilkin əməliyyat zamanı bədbəxt hadisə yaşanıb.

Trend xəbər verirki, bu haqda BBC məlumat yayıb.

Bildirilib ki, dənizin dibinə eniş zamanı 39 yaşlı Niderlandvətəndaşı olan dalğıc həyatını itirib. İnsidentin təfərrüatıaçıqlanmır. O, batmış gəmilərin çıxarılması üzrə ixtisaslaşmışşirkətdə müqavilə əsasında çalışıb.

Xatırladaq ki, britaniyalı milyarderə məxsus “Bayesian”superyaxtası ötən ilin avqust ayında Palermo suları yaxınlığındafırtınaya düşərək batmışdı. Həmin vaxt gəminin göyərtəsində olmuş22 nəfərdən 7-si, o cümlədən, “Morgan Stanley” beynəlxalq bankınınsədri və onun həyat yoldaşı ölmüşdü.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr