Qarşıdakı iki oyun haqda “Şəmkir”in baş məşqçisi Vüqar Nadirovun fikrini öyrəndik:
“Futbolçularıma həmişə deyirəm ki, bizə maraqlı olan öz oyunumuzdu. Qarşıdan “Lerik”lə oyun gəlir, onu düşünürük. Hər oyuna final matşı kimi baxırıq. Əlimizdən gələni edəcəyik ki, “Şəmkir” pley-offa yüksəlsin. “Şəmkir”in tarixi var. 2001/02 mövsümündə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Skonto”nu mübarizədən kənarlaşdırıb. Şəmkir futbol regionudu. İstəyirəm ki, nə qədər burdayam, “Şəmkir”in əvvəlki adını qaytaraq. Şəmkirdə həmişə futbol olub, olacaq. Rəhbərliklə münasibətim çox yaxşıdı. Qarşıma heç bir hədəf qoymadılar. Mən dedim ki, komandanı komplektləşdirəcəm, burda peşəkarlıq yaradacam. Komanda bilsin ki, hara hazırlaşır, niyə hazırlaşır. Əsas nizam-intizamdı. Mən məqsədli adamam, hara gedirəmsə, məqsədim olur. Uduzmağı da bacarıram, çalışıram ki, uduzmayım”.
MÜZƏFFƏR QULUZADƏ