AZ

Asiya tikan üstündə: bu ölkə də çağırış etdi

Çin Hindistan və Pakistanı artan gərginlik qarşısında sülh və sabitliyə doğru irəliləməyə və təmkinli olmağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada Çinin Hindistan və Pakistan arasındakı gərginliklə bağlı son hadisələri yaxından izlədiyi və gərginliyin artmasından narahat olduğu xatırladılıb.

Həmçinin Hindistan və Pakistan sülh və sabitliyi qoruyaraq artan gərginlik qarşısında təmkinli davranmağa çağırılıb. Qeyd olunub ki, tərəflər gərginliyin daha da artmasına səbəb ola biləcək təşəbbüslərdən çəkinməlidir,.

Seçilən
0
publika.az

1Mənbələr