FİFA intizam kodeksinin irqçiliyə qarşı mübarizə üçün qaydaların yenilənməsi təklifini təsdiqləyib.
Publika.az xəbər verir ki, yeni qaydalar meydanda və onun hüdudlarından kənarda diskriminasiya xarakterli davranışlarla mübarizəyə yönəlmiş kompleks tənzimləyici tədbirləri əhatə edir.
Yeni qaydalarda irqçiliklə mübarizə sahəsində bir sıra mühüm düzəlişlər yer alıb:
— İrqçiliklə mübarizəyə dair yeni müddəalar: Kodeksin 15-ci maddəsinə irqçiliklə mübarizəyə yönəlmiş genişləndirilmiş üçmərhələli anti-diskriminasiya proseduru daxil edilib. Bütün konfederasiyalar və milli assosiasiyalar bu prosedurun icrasını təmin etməyə borclu olacaq;
— İrqçi təhqirlərə görə cərimələrin artırılması: İrqçilik hallarına görə tətbiq edilən maksimum cərimə məbləği əhəmiyyətli dərəcədə artırılaraq 5 milyon İsveçrə frankına (təxminən 5 350 000 avro) çatdırılıb;
— İrqçi təhqirlərə görə məsuliyyət: Futbolçular və rəsmi şəxslər irqçi hərəkətləri törədənlərin müəyyən edilməsinə kömək edə bilərlər. Bu, pozuntu törədən şəxslərin stadiondan uzaqlaşdırılması kimi tədbirlərin həyata keçirilməsinə şərait yaradacaq;