AZ

NATO-nun təhlükəsizlik sammitində bu mühüm vəzifə Hakan Fidana həvalə olundu

14-15 may 2025-ci il tarixlərində Antalyada keçirilməsi planlaşdırılan NATO-nun xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına Türkiyənin xarici işlər naziri Hakan Fidan ev sahibliyi edəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 32 NATO müttəfiqinin təmsil olunacağı toplantıda 24-25 iyun 2025-ci il tarixlərində Haaqada keçirilməsi planlaşdırılan “NATO Dövlət və Hökumət Başçıları Zirvəsi”nə hazırlıq məsələləri müzakirə olunacaq.

Seçilən
0
publika.az

1Mənbələr