AZ

Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, yeni yaşıllıqlar salınıb

Daşkəsən, 10 may, Vüsalə Cənnətova, AZƏRTAC

Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ümumrayon toplantısı keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin başçısı Orxan Abbasov, Milli Məclisin deputatı Kamran Bayramov, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, önünə tər güllər düzülüb. Daşkəsən rayon Heydər Əliyev Mərkəzi də ziyarət olunaraq, dahi liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib. Tədbirdə Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işlərdən, ölkəmizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi yolunda tarixi xidmətlərindən geniş bəhs edilib. Bildirilib ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi xalqımızın tükənməz milli sərvətidir. Ulu Öndərin uğurlu daxili və xarici siyasətinin onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi də vurğulanıb.

Toplantının sonunda “Heydər Əliyev və şanlı zəfər tariximiz” adlı sənədli film nümayiş etdirilib. Sonra rayon ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 102 ədəd müxtəlif növ ağac əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Seçilən
0
azertag.az

1Mənbələr