Azərbaycanın Hindistan və Pakistan arasındakı gərginliklə bağlı mövqeyi digər mövzularda olduğu kimi, tamamilə beynəlxalq hüquqa əsaslanır.
Xezerxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, tərəflər arasında son gərginliyin başlanma səbəbi Pakistan ərazisinə zərbələrin endirilməsi olub: "Bu, çox ciddi bir gərginlik yaratdı. Biz bunun qəbuledilməz olduğunu söylədik və pislədik. Eyni zamanda, bizim hər iki tərəfə çağırışlarımız ən qısa zamanda gərginliyə son qoyulması və məsələnin siyasi-diplomatik səviyyədə həll edilməsi ilə bağlı idi. Kimsə bizim mövqeyimizdən narazı olsa da, düşünürük ki, bu, çox məntiqli yanaşmadır".