Almaniya kansleri Fridrix Merz, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Key Starmer və Polşanın Baş naziri Donald Tusk səhər saatlarında Kiyevə gəliblər.
Operativ Media bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Ukrayna ilə tam həmrəy olduqlarını bildirən Avropa liderləri ABŞ Prezidenti Donald Trampın Ukraynada sülh sazişi çağırışını dəstəklədiklərini və bu kontekstdə ədalətli və davamlı sülh üçün şərait yaratmaq üçün Rusiyanı ABŞ ilə birlikdə “ilkin şərt olmadan 30 günlük atəşkəs”ə çağırıblar.