AZ

Neyrocərrah: Beynəlxalq konqres yeni bilik və tanışlıqlar qazanmaqda uğurlu platforma rolu oynayacaq

Bakı, 10 may, AZƏRTAC

Bakıda keçirilən ANEA 2025 BAKU - Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi miqyas etibarı ilə çox mühüm və böyük tədbirdir. Təxminən ilyarım əvvəl yaranmış təşkilat üçün bunu uğur hesab etmək olar.

Bunu Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş-beyin cərrahiyyəsi şöbəsinin müdiri Ələsgər Həsrətov Bakıda keçirilən Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi zamanı AZƏRTAC-ın müxbirinə açıqlamasında deyib.

O bildirib ki, bütün təbabət sahələrində olduğu kimi, beyin cərrahiyyəsində də çox aktual, həlli ciddi tədqiqatlar gözləyən problemlər var: “Konqresdə həmin məsələlər müzakirə ediləcək, bu sahədə dünyada baş verən yeniliklərlə tanış olacaq, həmkarlarımızla öz təcrübəmizi götür-qoy edəcəyik. Hesab edirəm ki, beynəlxalq konqres yeni bilik və tanışlıqlar qazanmaqda uğurlu platforma rolu oynayacaq və bununla biz Azərbaycanın qlobal dünyaya inteqrasiyasına kiçik töhfə verəcəyik”.

Seçilən
0
azertag.az

1Mənbələr