Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb.
"Unikal"ın məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "VAZ-21015" markalı minik avtomobili hərəkətdə olan zaman yol kənarındakı ağaca çırpılması nəticəsində, Şabran rayonu, Gəndob kənd sakinləri, Elməddin Fərzəliyev və onun qardaşı Əmrəli Fərzəliyev həyatlarını itiriblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Asiman Qaraca