Bu gün Polşanın "Radomyak" klubu ölkə çempionatında növbəti matçına çıxacaq.

Offsideplus.az xəbər verir ki, Radom təmsilçisi öz meydanında "Poqon"u qəbul edəcək.

"Radomyak"ın heyətində Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun da bu gün şans qazanacağı gözlənilir.

Bu ilin fevralında "Ankaragücü"dən transfer edilən həmyerlimiz Polşa Ekstraklasasında 9 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Digər azərbaycanlı futbolçu Rahil Məmmədov isə çox güman ki, yenə heyətdə yer almayacaq. Son 3 ayda "Radomyak"da görünməyən müdafiəçi klubdan ayrılır.

Hazırda "Radomyak" 37 xalla 13-cü, "Poqon" isə 53 xalla 4-cü pillədə qərarlaşıb.

Saat 16:45-də başlanacaq oyunla bağlı maraqlı məqamları saytımız vasitəsilə izləyə bilərsiniz.

Polşa Ekstrasklasası, XXXII tur

16:45 "Radomyak" - "Poqon"