AZ

Hindistanın Kəşmirə zərbələri: 13 mülki şəxs həlak oldu

Hindistanın Pakistanın nəzarətindəki Kəşmir bölgəsinə endirdiyi hava zərbələri nəticəsində azı 13 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” Fövqəladə Halların Qarşısının Alınması və Aradan Qaldırılması İdarəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, 50-dən çox insan xəsarət alıb.

Qeyd edək ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi bu hücumu regioda sabitliyi pozan təhlükəli addım kimi qiymətləndirib.

Hücumdan sonra Pakistan hökuməti qonşu ölkənin aqressiyasına cavab olaraq genişmiqyaslı “Banyan ul-Marsus” (Qurğuşunla örtülmüş divar) adlı hərbi əməliyyatın başladıldığını elan edib.

Seçilən
0
1
axar.az

2Mənbələr