AZ

Azərbaycanlı futbolçunun qolu komandasına qələbə QAZANDIRDI

Almaniyada Şimal-Şərq Regional Liqasının 33-cü turu start götürüb.

Bizim.Media xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su səfərdə "Herta"nın ikinci komandası ilə qarşılaşıb.
 

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Dadaşov bu görüşdə həlledici qolun müəllifi olub. O, komandasının ikinci qolunu 56-cı dəqiqədə penalti zərbəsi ilə vurub.

Qeyd edək ki, hazırda "Dinamo" 48 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
6
bizim.media

8Mənbələr