Bakı. Trend:
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və İsrailnümayəndələrinin Azərbaycanda görüşəcəklərinə dair yayılanməlumatlara münasibət bildirib.
Trend xəbərverir ki, nazir bu barədə Ümummilli Lider Heydər Əliyevin 102illiyi ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərəaçıqlamasında bəhs edib.
XİN başçısı bildirib ki, diplomatiya yalnız ictimai açıqlamalarvə bəyanatlardan ibarət deyil:
"Diplomatiyanın əsas məqsədi ondan ibarətdir ki, şəraityaratmaq, nəticə əldə etmək. Hansısa problemlər varsa, onlarınçözülməsinə köməklik etmək və dəstək olmaq.
O açıqlamalar da Azərbaycan tərəfindən gəlməmişdi. TəmaslarınAzərbaycanda keçirilməsi məsələsini Türkiyə və İsrail tərəfi özüşərh etmişdi. Bu məsələ ilə bağlı mühüm sözlər deyilib. Bundanartıq nəsə deməyə ehtiyac yoxdur", - deyə C.Bayramov qeyd edib.