BAKI, 10 may. TELEQRAF
Partlayış baş verən ərazilərlə bağlı Ermənistan mina xəritələrini təqdim etməyib. Ermənistan tərəfindən mina xəritələri ilk dəfə 2021-ci ildə Azərbaycana təqdim edilib.
Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
Ceyhun Bayramovun sözlərinə görə, mütəxəssislər bu sənədləri tam detallı öyrənib: "Yararlılığı 25 faizdən çox deyil. 2020-ci ilin noyabrından sonra 400-ə yaxın mina hadisəsi baş verib. Partlayış baş verən ərazilərlə bağlı Ermənistan ümumiyyətlə mina xəritəsi təqdim etməyib".