Mart ayında sülh sazişinin hazırlanması prosesi davam edir.
Teleqraf xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan tərəfi Ermənistanın sülh sazişinə dair təklifinə cavab olaraq bəzi əsas tələblər irəli sürüb. Ən vacib məsələlərdən biri Ermənistanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tam şəkildə tanımasıdır. Eyni zamanda, artıq funksionallığını itirmiş ATƏT-in Minsk qrupunun gündəmdən çıxarılması da önəmli şərtlər sırasındadır.