Almaniyada Şimal-Şərq Regional Liqasının 33-cü turu start götürüb.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su səfərdə “Herta”nın ikinci komandası ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
90 dəqiqə meydada olan Dadaşov qələbə qolunun müəllifi olub. O, 56-cı dəqiqədə penalti zərbəsi ilə son nöqtəni qoyub. 33 yaşlı forvard bu mövsüm ümumilikdə 34 oyunda 18 qol vurub, 4 qol ötürməsi edib.
Qeyd edək ki, hazırda “Dinamo” 48 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.