AZ

Pakistan-Hindistan müharibəsində növbəti mərhələ başladı

Pakistan ordusu Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara start verib.

Heftelik.az xəbər verir ki, bu haqda “Geo TV” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Hindistanın davam edən təxribatlarına bilavasitə cavab olaraq Pakistan genişmiqyaslı hərbi əməliyyata başlayıb.

Pakistanın baş naziri Şahbaz Şərif Hindistana qarşı əməliyyatların başlamasından sonra Milli Komandanlıq Şurasını toplayıb.

Bu arada Pakistan kiberhücum nəticəsində Hindistanın elektrik şəbəkəsinin 70%-ni sıradan çıxarıb.

“The Times of India” Hindistanın Cammu və Kəşmir əyalətinin iki rayonunda Pakistanla gərginlik fonunda elektrik enerjisi tamamilə kəsildiyi haqda məlumat yayıb.

Qeyd edək ki, Hindistan və Pakistan arasında gərginlik aprelin 22-də Cammu və Kəşmir bölgəsinin Hindistanın  nəzarətində olan hissəsində  törədilən terror aktından sonra artıb. Hücum nəticəsində 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub.

Seçilən
0
heftelik.az

1Mənbələr