AZ

Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər - HƏFTƏLİK İCMAL

Bakı. Trend:

Ötən həftə İsveçrə şirkətinin Azərbaycanda sosial investisiyalayihələrinə yatırım imkanları müzakirə edilib.

Trend xəbərverir ki, bununla yanaşı, Azərbaycan Asiya İnfrastrukturİnvestisiya Bankı ilə infrastrukturun təkmilləşdirilməsi ilə bağlılayihələri müzakirə edib.

Açıqlanan məlumata görə, Azərbaycan 14-cü Asiya İnkişaf Fonduna2 milyon dollar ayıracaq.

Bundan başqa, Azərbaycan Beynəlxalq Bankı mənfəətindənsəhmdarlarına 200 milyon manat dividend ödəyəcək.

Keçən həftə məlum olub ki, bu ilin mayın 1-i tarixinəAzərbaycanda aktiv vergi ödəyicilərinin sayı 816,7 min nəfərəçatıb. Naxçıvan Muxtar Respublikasında aktiv vergiödəyicilərinin sayı 20 795 nəfər olub. Cari ilin yanvar-aprel aylarında yeni nəsilnəzarət kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 8,247milyard manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 805,8 milyon manatdan, yaxud 10,8%dən çoxdur. ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılanhəcmi 2025-ci ilin yanvar-aprel ayları ərzində 55 milyon 968 minmanatdan çox olub. Vergi ödəyiciləri üçün“Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib.

Azərbaycan Mərkəzi Bankı (AMB) "Payriff"ə icrası məcburi göstəriş verib. AMB-ninsədrinin müşaviri vəzifəsindən azadedilib. AMB-nin məlumatlarına görə, cari ilin mart ayınınsonuna Azərbaycanda mikrosahibkarlıq subyektlərinə verilənkreditlərin həcmi 3,072 milyard manat təşkiledib, iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi8,361 milyard manat olub.

Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan indiyədək zərərçəkmiş sığortalı fermer və təsərrüfatlara sığorta ödənişlərininhəcmi ümumilikdə 15 milyon manata yaxınolub.

Sənaye parklarının rezidentləri indiyədək 511 milyon manatdançox vəsaitə qənaət ediblər.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən,yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 14 milyardmanata çatıb. Neft Fondunun dövlət büdcəsinə transfertiproqnozdan 5% az icraedilib. Dövlət Gömrük Komitəsi üzrə büdcə daxilolmalarınınhəcmi 2,065 milyard manat təşkiledib. Ödənişli xidmətlərdən dövlət büdcəsinə daxilolmalar 72milyon manat az icra edilib. Dövlət Vergi Xidmətinin xətti iləbüdcə daxilolmaları 7 milyard manataçatıb.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr