Sumqayıtda baş vermiş yanğının təfərrüatı məlum olub.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin "Qurd dərəsi" adlı ərazisində yerləşən fərdi yaşayış mənzillərinin birində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtdakı yanğın SÖNDÜRÜLDÜ - Ev sahibi qəsdən törədibmiş
Ev sahibi Zakir Qasımov isə yanğını qəsdən törətdiyini söyləyib: "Evi özüm yandırmışam. İstəmirəm ki, arvadıma, oğluma qalsın, 10 ildir ki, aramızda söz-söhbət var", - deyə o söyləyib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Bizim.Media