Sea Breeze

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Ağdam rayonunun Kəngərli kəndində səfərdə olarkən, kənd sakinləri və fəal nümayəndələrlə görüş keçirib. Görüş iştirakçıları arasında Azərbaycan Alpaqut Federasiyasının Ağdam filialının məşqçi-idmançısı Qənbər Ağayev də olub.

Görüş zamanı Prezident İlham Əliyev Qənbər Ağayevi xüsusi olaraq söhbətə çəkib və onun məşğul olduğu idman növü ilə maraqlanıb. Qənbər müəllim isə dövlət başçısına milli döyüş sənətimiz olan Alpaqut barədə fəxrlə məlumat verib. O, Alpaqutun həm idman, həm də milli-mənəvi dəyər kimi yetişməkdə olan nəslə təsirindən danışıb.

Bu diqqət Alpaqutun dövlət səviyyəsində tanınmasının və milli dəyərlərimizə verilən önəmin təzahürü kimi dəyərləndirilir. Görüş, eyni zamanda, region gənclərinin idmana, xüsusilə milli əsaslı döyüş sənətlərinə marağının artırılmasına mühüm töhfə verəcək.

Azərbaycan Alpaqut Federasiyası bu hadisəni tarixi məqam kimi qiymətləndirir və vurğulayır ki, gənc idmançılar və məşqçilər ölkə başçısının və dövlətin dəstəyini daim arxalarında hiss edir, bunu böyük bir motivasiya mənbəyi kimi qəbul edirlər.

Fərid Əlizadə

ETX
ETX
ETX