AZ

Pakistanın “nüvə komandası” Hindistana qarşı toplanır? – Müdafiə nazirindən açıqlama

BAKI, 10 may. TELEQRAF

Mayın 10-da səhər saatlarında Hindistana qarşı keçirilən hərbi əməliyyatdan sonra ölkənin nüvə arsenalına nəzarət edən ali hərbi və mülki qurum olan Milli Komandanlıq Şurasının iclası planlaşdırılmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif məlumat verib.

“Milli Komandanlıq Şurasının heç bir görüşü baş tutmayıb və belə bir görüş nəzərdə tutulmayıb”, - müdafiə naziri vurğulayıb.

Pakistan mediası bundan əvvəl Baş nazir Şahbaz Şərifin şuranın iclasını çağırması barədə məlumat yaymışdı.

Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Ordusu hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Buna cavab olaraq Pakistan “Bənyan ül-Marsus” adlı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr