Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələr Xidməti Hindistanın Cammu və Kəşmir bölgəsindəki Birnala şəhərində aerodromun məhv edildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Pakistan Silahlı Qüvvələrinin Hindistanın üç nəzarət-buraxılış məntəqəsini məhv etdiyi də bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Pakistan ordusu Hindistana qarşı "Banyan ul Marsus" ("Güclü Divar") adlı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Təhlükəsizlik mənbələri bunun Yeni Dehlinin "uzun sürən təxribatlarına" birbaşa cavab olduğunu bildirib.