Bakının Xəzər rayonunda ev yanıb.
Bu barədə KONKRET.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.