Hindistana qarşı hərbi əməliyyatdan sonra Pakistanın baş naziri Şahbaz Şərif ölkənin nüvə arsenalına cavabdeh olan Milli Komandanlığın fövqəladə iclasını çağırıb.
Moderator.az xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, baş nazir milli təhlükəsizlik, xüsusən də ölkənin nüvə arsenalı ilə bağlı əsas qərarlar qəbul edən ali mülki-hərbi qurumun iclasını çağırıb.
Hər iki ölkə bir-birini pilotsuz təyyarələr və digər döyüş sursatları buraxaraq hava məkanını pozmaqda və ən azı 48 nəfəri öldürməkdə ittiham etdikdən sonra nüvə silahına malik qonşular arasında gərginlik artıb.
Xatırladılır ki, mayın 10-na keçən gecə Pakistan Hindistanın təcavüzünə cavab olaraq genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.
Bundan əvvəl mayın 6-da Hindistan Pakistan daxilində "yaraqlıların bazaları" adlandırdığı yerləri vurmağa başllayıb. Pakistan qisas alacağını vəd edib.