AZ

FIFA qadınlar arasında dünya çempionatının iştirakçılarının sayını artırdı

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyası (FIFA) qadınlar arasında dünyaçempionatının iştirakçılarının sayını 48 komandaya çatdırmaq barədəqərar qəbul edib.

Trend xəbər verir ki, bubarədə təşkilatın saytında məlumat verilib.

Növbəti turnir 2027-ci ildə Braziliyada 32 komandanın iştirakıilə keçiriləcək. Komandaların sayının artırılması 2023-cü ildətəsdiqlənib. Yeni dəyişikliklər 2031-ci ildə qüvvəyə minəcək.Növbəti iki turnir ABŞ (2031) və Böyük Britaniyada (2035)keçiriləcək.

Yeni formata əsasən, qrup mərhələsindəki komandalar 12 qrupabölünəcək, turnirdəki oyunların ümumi sayı 64-dən 104-ə yüksələcək,turnirin özü isə əlavə bir həftə davam edəcək.

Seçilən
0
1
az.trend.az

2Mənbələr