AZ

ETSN təşkilatçılığı ilə 8000 kvadrat metr ərazi müxtəlif məişət tullantılarından tam təmizlənib- FOTO

09.05.2025-ci il tarixdə Heydər Əliyevin 102 illiyinə həsr olunmuş və həmçinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin  təşkilatçılığı, Tovuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, Qazax Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz Gənclər Evinin, Şəmkir Gənclər sektorunun könüllərinin və Şəmkir Rayonu Kür qəsəbə Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşlarının iştirakı ilə tədbir keçirilmişdir. 

Əvvəlcə Tədbir iştirakçılarına  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən balıq ovuna qoyulmuş moratorium  barəsində geniş məlumat verilmiş, vətəndaşları maraqlandıran suallar cavablandırılmışdır. Sonda tədbir iştirakçıları ilə birgə Şəmkir rayonu Qaracaəmirli kəndi ərazisində Kür çayı  keçən hissəsinin sağ sahilində təmizlik aksiyası keçirilmişdir. 104 nəfərin iştirakı ilə keçirilən aksiya zamanı 8000 kvadrat metr ərazi müxtəlif məişət tullantılarından tam təmizlənmiş və yığılmış 700 kq tullantılar Şəmkir rayon poliqonuna daşınmışdır.Ekologiya.az



Seçilən
0
ekologiya.az

1Mənbələr