AZ

Tərtərdə məktəb binası yanıb

Tərtər rayonunda məktəb binası yanıb.

APA xəbər verir ki, hadisə rayonun Azad Qaraqoyunlu kəndində qeydə alınıb.

Yanğın baş verən əraziyə FHN-nin yanğınsöndürən briqadası cəlb olunub. Yanğının qarşısı alınıb.

Yanğın baş verən bina vaxtilə tam orta məktəb kimi fəaliyyət göstərib.

Yanğının səbəbi araşdırılır.

Seçilən
0
6
anews.az

9Mənbələr