AZ

"Milan" əsas müdafiəçisini itirib

“Milan”ın müdafiəçisi Fikayo Tomori İtaliya çempionatının 36-cı turunun “Bolonya” ilə qarşılaşmasının ilk yarısını  başa vura bilməyib.

90deqiqe.Az xəbər verir ki, buna səbəb 27 yaşlı futbolçunun zədələnməsidir.

İngilis müdafiə xəttinin oyunçusu 14-cü dəqiqədə zədələnərək oyunu davam etdirə bilməyib.

Futbolçunun zədəsinin təfərrüatları və sağalma müddəti yalnız hərtərəfli tibbi müayinədən keçdikdən sonra məlum olacaq.

Tomori İtaliya çempionatında bu mövsüm 19 oyunda iştirak edib və bir məhsuldar ötürmə edib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr