AZ

Makron Trampla söhbətdən sonra Rusiyaya qətiyyətli ultimatum verib

"Atəşkəs pozularsa, ABŞ və onun müttəfiqləri əlavə sanksiyalar tətbiq edəcək..."
 
Fransa prezidenti Emmanuel Makron Ağ Ev rəhbəri Donald Trampın Ukraynada 30 günlük atəşkəs çağırışını dəstəkləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb. Məlumatı "inforesist.org" nəşri yayıb.
 
"Biz hamımız bu məqsədə tərəddüdsüz, yalançı bəhanələrsiz və vaxt uzatma taktikası olmadan nail olmağa çalışmalıyıq. Ukrayna artıq təxminən iki ay öncə belə bir atəşkəsi dəstəklədiyini bildirib. İndi Rusiyanın da eyni addımı atmasını gözləyirəm", - Makron "X" sosial şəbəkəsində yazıb.
 
Makron bildirib ki, o dünən Trampla bir neçə dəfə danışıb və əmin edib ki, əgər Rusiya bu təklifi qəbul etməzsə, "biz avropalılarla birgə və ABŞ-la sıx əməkdaşlıq içində qətiyyətlə cavab verməyə hazırıq".
 
Almaniya kansleri Fridrix Mers də 30 günlük atəşkəs təşəbbüsünü dəstəkləyib. O, bəyan edib ki, əgər Rusiya imtina etsə, Berlin Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirməyə hazırdır.
 
Dünən Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıb. Bu söhbətdən sonra o, hər iki tərəfi qeyd-şərtsiz 30 günlük atəşkəsə çağırıb. Tramp xəbərdarlıq edib ki, atəşkəs pozularsa, ABŞ və onun müttəfiqləri əlavə sanksiyalar tətbiq edəcək.
 
ABŞ prezidenti həmçinin Avropa tərəfdaşları ilə birlikdə Moskva və Kiyev arasında atəşkəsə nail olmaq üçün çalışacağını və bunun "nəticədə sülh sazişi ilə nəticələnməli olduğunu" vurğulayıb.
 
Tam atəşkəs
 
Xatırladaq ki, Donald Tramp administrasiyası danışıqların əvvəlində Kiyev və Moskvanı əvvəlcə döyüş əməliyyatlarını tam dayandırmağa, sonra isə müharibəni bitirmək üçün sülh yolu axtarmağa çağırıb.
 
Ukrayna dərhal tam atəşkəslə razılaşıb və qeyd edib ki, indi bu razılığı Rusiya verməlidir. Lakin Kreml daimi olaraq tam atəşkəsdən imtina edir və əvəzində müvəqqəti atəşkəslər təklif edir.
 
Moskvanın bir neçə günlüyə elan etdiyi atəşkəslər mütəmadi şəkildə pozulur. Xüsusilə, 9 mayadək elan olunmuş son atəşkəs rusiyalılar tərəfindən dəfələrlə  pozulub.
Seçilən
0
46
moderator.az

10Mənbələr