AZ

Arnold “Arsenal”la oyunda start heyətində yer almayacaq

Mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayan Trent Aleksander-Arnold İngiltərə Premyer Liqasının "Arsenal"la keçiriləcək qarşılaşmasında start heyətində yer almayacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Liverpul”un baş məşqçisi Arne Slot jurnalistlərə açıqlamasında deyib. Mütəxəssis Conor Bredlinin start heyətində meydana çıxacağını bildirib:

“Conor Bredli bazar günü oyuna başlayacaq. O, növbəti mövsümə daha yaxşı hazırlaşmaq üçün daha çox oyun təcrübəsi qazanmalıdır. Trentlə onu müqayisə etmək düzgün olmaz – onlar iki fərqli oyunçu tipləridir. Təəssüf ki, Bredli bu mövsüm ərzində tam formada deyildi, lakin biz onun ‘Liverpul’ üçün əla müdafiəçi olacağına inanırıq.”

Qeyd edək ki, “Liverpul” artıq cari mövsümdə İngiltərə Premyer Liqasının çempionluğunu təmin edib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr